Ümumi lisenziyada göstərilən alt növlərə xitam verildikdə, lisenziya xüsusi lisenziyaya çevrilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Lisenziyalar və icazələr haqqında” qanunda əksini tapıb.
Bu proses 5 iş günü ərzində həyata keçirilir. Sahibi lisenziyanın yeni formasını poçt vasitəsilə alır. Fəaliyyət əvvəlki lisenziya əsasında davam edə bilər.
