Normativlərdə tunel və tunelyanı konstruksiyaların odadavamlılıq müddətləri dəqiqləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Tunel tikintisi və istismarı üzrə normativlər”də əksini tapıb.
Beton və dəmir-beton geyimlər üçün bu müddət 1,5 saat, metal konstruksiyalar üçün isə 1 saat müəyyən edilib. Yanar materialların saxlandığı otaqlarda bu göstərici 0,75 saatdan az olmamalıdır. Elektrik avadanlıqları yerləşən yerlərdə minimal yanğına davamlılıq 0,25 saat olaraq qəbul edilib.
