Yeni qaydalara görə, tunellərdə təhlükəsizlik nişanları beynəlxalq standartlara uyğun olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları”nda əksini tapıb.
İşıqlandırılmış xəbərdarlıq nişanları sürücülərə və piyadalara operativ məlumat verməlidir. Hər tuneldə səsgücləndirici sistemlər də quraşdırılmalıdır. Bu yeniliklər fövqəladə hallarda insan axınının nizamlı yönləndirilməsini təmin edir.
