Uzunluğu 2000 metrdən çox dəmiryolu və 600 metrdən çox avtomobil tunellərində yanğın postları qurulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, ‘Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları’nda əksini tapıb.

Yanğın postları yanğın qatarları və avtomaşınları ilə quru boru kəməri vasitəsilə birləşdiriləcək.

Qısa tunellərdə bu postların olmaması yalnız Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıla bilər.

Bu tədbirlər yanğın təhlükəsinə qarşı operativ müdaxiləni təmin edəcək.