Tunel konstruksiyalarında beton örtüyün qalınlığı yeni normativlərə əsasən təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları”nda əksini tapıb.
Hesablamalar zamanı betonun möhkəmliyi, elastikliyi və suya davamlılığı əsas meyar sayılır. Hər layihə üçün konkret mühəndis hesablamaları aparılır. Bununla tunelin davamlılığı və təhlükəsizliyi artırılır.
