Seçici səsvermə vəsiqəsini yalnız şəxsi ərizə əsasında və ya notariat tərəfindən təsdiq edilmiş vəkalətnamə ilə təmsilçisi vasitəsilə ala bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

101.3-cü maddə ərizədə səbəbin göstərilməsini və 2 gün ərzində başqa vəsiqə alınması barədə yoxlama aparılmasını tələb edir.

Bir şəxsə birdən çox vəsiqə verilməsi qəti qadağandır.