Rusiya məhkəməsi Yekaterinburq şəhərində polis və xüsusi təyinatlı qüvvələrin saxladığı azərbaycanlı Vidadi Mustafayevi həbs edib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, Vidadi Mustafayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Vidadi Mustafayev ona böhtan atıldığını bildirib.
O, torpaq satışında fırıldaqçılıqda şübhəli bilinir.
