Məşhur müğənni Sinan Akçıl Burcu Kıratlı ilə boşanma müddəti ilə bağlı ilk dəfə açıqlama verib. Akçıl bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona evliliyini bitirməzdən əvvəl bir daha düşünməyi tövsiyə edib.

Heftelik.az Milli.az-a istinadla xəbər verir ki, Sinan Akçıl Prezident Ərdoğanla arasında baş tutan söhbəti belə nəql edib: “Cənab Prezident boşanma qərarımın Türk gəncliyinə düzgün nümunə olmayacağını dedi. Evliliyi yenidən sınamağımızı tövsiyə etdi”.

Akçıl söhbətin Burcu Kıratlı və Emine Erdoğanın da iştirak etdiyi bir məclisdə baş verdiyini əlavə edib.
Müğənninin sözlərinə görə, Ərdoğanın məsləhəti onların qərarına birbaşa təsir edib: “Cənab Prezident boşanma prosesimizi bir il gecikdirməyimizi təmin etdi. Məntiqli şeylər söylədi. Biz də yenidən sınadıq, ancaq alınmadı”.
Sinan Akçılın bu etirafı sosial mediada geniş müzakirələrə səbəb olub.