Erməni Kilsəsinə Ktriç Nersisyanın (II Qaregin) mövcudluğundan daha böyük zərər verən heç nə yoxdur.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Baş nazir Nikol Paşinyan brifinqdə bildirib.
“Mənim onunla çoxsaylı görüşlərim olub və bu söhbətlərdən təəssüratlar məni inandırır ki, onun müqəddəs Eçmiədzində olması kilsəyə dağıdıcı zərər vurur”, – Paşinyan qeyd edib.
