Namizədin qeydiyyatı rədd edildikdə və ya namizədliyi geri götürüldükdə, bank seçki hesabında xərc əməliyyatlarını dərhal dayandırır.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
91.4-cü maddə bu qadağanı referendum qruplarının tərkibinin azalması və ya ləğv edilməsi hallarına da şamil edir.
Məhdudiyyət yalnız seçki komissiyasının rəsmi göstərişi ilə ləğv olunur.
