Tunel geyimlərinin və metal hissələrinin korroziyadan qorunması xüsusi qaydalarla aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Tunel tikintisi və istismarı üzrə normativlər”də əksini tapıb.

Bütün metal elementlər müvafiq izolyasiya ilə təmin olunmalı və mövcud standartlara əsasən işlənməlidir. Korroziya mühafizəsi həm tunel geyiminə, həm də montaj detallarına şamil olunur. Bu tədbirlər tunellərin uzunömürlülüyünü və təhlükəsizliyini artırır.