Tunellərin layihələndirilməsində seysmik təsirlərə qarşı davamlılıq xüsusi nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları”nda əksini tapıb.
Qaydalara əsasən, tikinti zamanı seysmik zonaların xüsusiyyətlərinə uyğun materiallar və texnologiyalar tətbiq olunmalıdır. Tunel konstruksiyalarının elastikliyi və enerji udma qabiliyyəti artırılmalıdır. Bu tələblər zəlzələ zamanı tunelin təhlükəsizliyini qorumağa yönəlib.
