Tunellərdə yanğından mühafizə qapıları olan tambur-şlüzlər qurulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, ‘Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları’nda əksini tapıb.

Siqnalizasiya və yanğınsöndürmə sistemlərinin işə salma düymələri işıqlanan lövhələrlə işarələnəcək.

Qəza zamanı işıqlandırma və havalandırma sistemləri də avtomatik fəaliyyətə keçəcək.

Bu tələblər insanların təhlükəsiz təxliyyəsini təmin etməyə yönəlib.