Azərbaycanda idxal-ixrac əməliyyatları üzrə “Dərhal buraxılış” sistemini tətbiq ediləcək.

Heftelik.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda əksini tapıb.

Nazirlər Kabineti Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2026– 2028-cı illərdə etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatları üzrə “Dərhal buraxılış” sisteminin tətbiqi ilə əlaqədar normativ hüquqi bazanın formalaşdırılması və “Dərhal buraxılış” sisteminin tətbiqi üçün texniki və idarəetmə infrastrukturunun formalaşdırılması “Dərhal buraxılış” sisteminin tam istifadəyə verilməsini təmin etməlidir.