Bakıda 21 yaşlı qadın xəstəxanada ölüb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, ölüm faktı Respublika Klinik Xəstəxanasında baş verib.
Ölən şəxsin Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanova olduğu bildirilib.
TƏBİB-dən bildirilib ki, 2004-cü il təvəllüdlü, 23-24 həftəlik hamilə dekabrın 2-də saat 22:50 radələrində Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, pasiyent bir neçə gündür davam edən öskürəkdən, bədən temperaturunun yüksəlməsindən şikayət edib.
“Tənəffüs sistemi xəstəliyi, ağciyər çatışmazlığı, bakterial infeksiya, pnevmoniya diaqnozları təyin edilən şəxs klinik laborator instrumental müayinələrdən keçirilib, zəruri tibbi xidmətlər göstərilib.
Dekabrın 3-də saat 01:30 radələrində xəstədə təngnəfəslik, ardından boğulma başlayıb. Reanimatoloq baxışından sonra müvafiq təyinatlar verilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 06:10 radələrində biolojı ölüm qeydə alınıb.
