Rumıniyanın Oradea şəhərində yerli sakinləri şoka salan qəza baş verib.

Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki, sükan arxasında vəziyyəti pisləşən 55 yaşlı sürücü idarəetməni itirib və “Mersedes” markalı avtomobili iki taksinin üzərindən uçurub. Hadisə yol qovşağında baş verib və təhlükəsizlik kamerasına düşüb.

Sürücü avtomobildə sıxışmış vəziyyətdə tapılıb. Orta dərəcəli xəsarət alan sürücü xəstəxanaya getməkdən imtina edib. Yerli təhlükəsizlik xidmətinin sözçüsü Alina Butaci bildirib ki, sürücünün həyatı üçün təhlükə yoxdur.

Alkoqol və narkotik testləri neqativ çıxan sürücünün diabet krizi qəzaya səbəb olduğu açıqlanıb.

Hadisə sosial şəbəkələrdə və yerli KİV-lərdə “kiberpank” effektli qeyri-adi qəza kimi şərh edilib.