
Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbində 20 nəfər tüstüdən zəhərlənib.
Heftelik.az xəbər verir ki, bu barədə APA-ya Salyan rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə, onların 14-ü şagird, 6-sı isə məktəbin əməkdaşıdır.
Həmin şəxslərin bir qisminə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
saat 16.08
Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.
Salyan rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbində 17 nəfər tüstüdən zəhərlənib.
Şagirdlərin bir qisminə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
