Tunel tikintisinin hər mərhələsində texniki nəzarət sistemləri fəaliyyət göstərəcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları”nda əksini tapıb.

Nəzarət cihazları vasitəsilə vibrasiya, temperatur və təzyiq göstəriciləri ölçüləcək. Bu məlumatlar real vaxt rejimində izlənərək risklərə qarşı operativ tədbirlər görüləcək. Beləliklə, tikinti və istismar prosesi tam təhlükəsiz formada həyata keçiriləcək.