Tunellərdə texniki BAXIŞLAR

05 Dekabr 2025, 01:04

Tunellərin təhlükəsiz işləməsi üçün texniki baxışların və profilaktik yoxlamaların aparılması məcburidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları”nda əksini tapıb.

Baxışlar ventilyasiya, drenaj, enerji və təhlükəsizlik sistemlərini əhatə etməlidir. Qaydalar bu yoxlamaların müəyyən qrafik üzrə keçirilməsini tələb edir. Bu tədbirlər avadanlıqların nasazlığını vaxtında aşkar edərək qəza riskini azaldır.