Tunel geyimlərinin hesablamaları yeni mexaniki modellər əsasında aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Tunel tikintisi və istismarı üzrə normativlər”də əksini tapıb.

Yüklər daimi, müvəqqəti və xüsusi növlərə bölünür. Hər növ yük üçün etibarlılıq əmsalları ayrıca müəyyən edilir. Hesablamalar tikinti mərhələsində və istismar dövründə baş verə biləcək maksimum təsirləri nəzərə almalıdır.