Yevlaxda yanğın hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, 1942-ci il təvəllüdlü Mikayılova Nərgiz Savalan qızına məxsus, şəhərin S.Vurğun küçəsi 15/20 ünvanında yerləşən mənzilin bir hissəsi yanıb.

Yanğın nəticəsində mənzil sahibi ölüb.

Onun qızı 1965-ci il təvəllüdlü Yasəmən Vahabova və oğlu 1967-ci il təvəllüdlü Kamran Mehdiyev xəsarət allblar.

Yanğın zamanı ölən Nərgiz Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır.

TƏBİB-dən bildirilib ki, dekabrın 5-də,saat 01:20-də iki nəfər (bir kişi, bir qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan birinin 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Bədənin II-III dərəcəli termiki yanığı diaqnozu təyin edilən 1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub