Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.
Heftelik.az APA-ya istiandən xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində baş verib.
Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan “Lexus” markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.
Kanala aşan “Lexus” markal; minik avtomobilində yaxın qohumlar və dostlar – sürücü 2003-cü il təvəllüdlü Vasif Həsənli və sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə olub.
Qəza nəticəsində həyatını itirən Vasif Həsənli və Rusif Həsənli qardaşdırlar.
