Arıçılıq fəaliyyəti arı yetişdirmə, damazlıq arıçılıq və əmtəəlik arıçılıq istiqamətlərində həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həvəskar və peşəkar arıçılıqla məşğul olmaq hüququ var. Bu fəaliyyət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənir.
