Arıçılıq təsərrüfatlarına qanunvericiliyə uyğun olaraq torpaq sahələri ayrılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.

Arıçılığın inkişafı məqsədilə bu təsərrüfatların dövlət və bələdiyyə mülkiyyətində olan məhsuldar balyığma mənbələrindən mövsümi istifadə hüququ var. Qanun bu sahələrdən istifadənin məhdudlaşdırılmasına yol verilmədiyini təsdiqləyir.