
Binaların konstruksiyaları seysmik, külək, dinamik və temperatur-iqlim təsirlərini nəzərə almalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Bünövrə və konstruksiyalar əsas və xüsusi yük birləşmələrinə hesablanmalıdır. Müvəqqəti yüklərin norma qiymətləri layihə tapşırığında müəyyən edilir. Normativ qiymətlər olmadıqda AzDTN 2.1-1-də göstərilən minimum dəyərlər tətbiq olunur.
