Əmtəə nişanı və coğrafi göstərici üzrə etirazların rüsumları müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

İddia sənədinə baxılma üzrə ilkin ekspertizanın rədd qərarına etiraz 20 manatdır. Ekspertizanın qərarına qarşı etirazlar isə 35–60 manat təşkil edir. Qeydə alınmış əmtəə nişanı və coğrafi göstəriciyə etirazlar 45–80 manatdır.