Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı idxal və ixrac əməliyyatlarından gömrük rüsumlarından azad olunurlar.

Heftelik.az-ın məlumatına görə, bu, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunda əksini tapıb.

Onlar idxal etdikləri mallara əlavə dəyər vergisini də ödəməkdən azaddırlar. Hər bir yük üçün gömrük bəyannaməsi əsasında 275 manat miqdarda yığım ödənilir. İxrac məqsədli fəaliyyətlə bağlı olmayan mallar isə qanunvericiliyə uyğun gömrük rüsumlarına cəlb olunur. Bu güzəştlər layihələrin maliyyə səmərəliliyini artırır.