Malın tipinin TƏDQİQİ

08 Dekabr 2025, 01:04

Malın tipinin tədqiqi dedikdə texniki reqlamentlərin tələblərinə uyğunluğu qiymətləndirmək nəzərdə tutulur.

Heftelik.az-ın məlumatına görə, bu, “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları”nda əksini tapıb.

Tədqiqat malların parametrlərinin və xüsusiyyətlərinin təhlilini əhatə edir.

Tip tədqiqi təhlükə potensiallı mallar üçün prioritet hesab olunur.

Malların istifadəsi zamanı quraşdırılma və sınaqlar tam aparıla bilmədikdə də tədqiqat həyata keçirilir.

Uyğunluğun qiymətləndirilməsi zamanı istinad standartlarının tətbiq olunmaması halları da nəzərə alınır.

Tədqiqat planlaşdırılan istehsal üçün standart nümunələr əsasında aparılır.

Texniki sənədlərin təhlili və əsas komponentlərin sınaqları da metodlardan biridir.

Bu proses məhsulların təhlükəsizliyini təmin edir.