Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin tənzimlənməsi üçün yeni qaydalar müəyyən olunub.

Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, qiymətləndirmə minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanları və şəxslərin səriştəsini müəyyən etməyə yönəlib. Bu proses, Qanuna, beynəlxalq standartlara və standart əməliyyat prosedurlarına əsaslanacaq. Məqsəd, fəaliyyətin planlaşdırılması və idarə olunmasının təhlükəsiz və səmərəli həyata keçirilməsini təmin etməkdir. Qaydalar “Minatəmizləmə fəaliyyəti haqqında” Qanunun 5.9-cu maddəsinə əsasən hazırlanıb.