Toplanmış sənədlərin və məlumatların təhlili üzrə əldə olunan nəticə əsasında Nazirliyin internet informasiya ehtiyatında altmeyarlar üzrə qurumun rəqəmsallaşma səviyyəsinin uyğun gəldiyi mövcud vəziyyət seçilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”də əksini tapıb.
Bütün altmeyarlar üzrə yekunlaşdıqdan sonra proqram təminatı vasitəsilə yekun qiymət hesablanır. AQ altmeyar üzrə əldə edilən qiyməti, AS altmeyarların sayını göstərir. MQ meyarlar üzrə əldə edilən qiymət, MS meyarların sayını ifadə edir. İQ istiqamətlər üzrə qiymət, İS istiqamətlərin sayıdır. QRSG isə qurumun rəqəmsallaşma səviyyəsinin göstəricisidir. Yekun qiymət diaqnostikanın əsas nəticəsini müəyyən edir.
