İxrac məqsədli neft-qaz fəaliyyəti üzrə xüsusi iqtisadi rejim Azərbaycan Respublikasında həyata keçirilən mühüm iqtisadi mexanizmlərdən biridir.

Heftelik.az-ın məlumatına görə, bu, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunda əksini tapıb.

Qanun ixrac məqsədli layihələrin vergi, gömrük və inzibati tənzimlənməsini sadələşdirməyi nəzərdə tutur. Bu rejim ölkəyə əlavə investisiya cəlb edilməsini təşviq edir. Hüquqi və fiziki şəxslər bu fəaliyyətlərdə iştirak üçün xüsusi icazə prosedurlarından keçməlidirlər. Məqsəd ixrac yönümlü neft-qaz sektorunun rəqabət qabiliyyətini artırmaqdır.