Yüksək binaların layihələndirilməsi üçün əsas meyarlar dəqiqləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Tikinti ərazisinin baş planı və memarlıq-planlaşdırma həlləri Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tərtib olunmalıdır. Layihələndirmə tapşırığa əsasən həyata keçirilir və binanın məsuliyyət səviyyəsi AZS ГОСТ 27751 standartına görə müəyyən edilir. Konstruksiyaların istismar müddəti isə 100 ildən az olmamalıdır.
