Yeni qəbul edilən normalar yüksək binaların və komplekslərin layihələndirilməsinə dair əsas tələbləri müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Sənədə əsasən, bu tələblər yalnız yeni tikililərə şamil olunur. Yəni, yüksək binaların əsaslı təmiri və ya yenidən qurulması bu normaların təsir dairəsinə daxil deyil. Qaydalar həmçinin müasir tikinti standartlarına uyğun layihə həllərinin təmin olunmasını nəzərdə tutur.
