“İçərişəhərdə Milli Ensiklopediyanın keçmiş binasının birinci mərtəbəsi restoran kimi fəaliyyət göstərir. Binanın qarşısında Həsən bəy Zərdabinin heykəli var”.

Heftelik.az  APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib.

“İndi heykəl restoranın qapıçısı kimi görünür. Təklif edirəm ki, heykəl Pedaqoji Universitetin bağına köçürülsün”, – o bildirib.