Gələn həftə Almaniya Bundestaqı ümumi dəyəri 52 milyard avro olan 29 hərbi müqaviləni təsdiqləməyi planlaşdırır.
Heftelik.az xəbər verir ki, bu barədə “Blomberg“ məlumat yayıb.
Bu addım Almaniya Orusunu (Bundesver) Avropanın ən güclü silahlı qüvvəsinə çevirmək strategiyası çərçivəsində atılır.
Vətəndaşlarla görüşündə çıxış edən Kansler Fridrix Merz Almaniya Ordusunu Avropanın ən güclüsü etmək vədini təsdiqləyib.
Fridrix Merz deyib ki, ətraflarındakı dünya tamamilə dəyişib: “Mən istəyirəm ki, övladlarım, nəvələrim və onların nəsli azadlıq və sülh içində yaşamağa davam edə bilsin, bunun üçün isə biz özümüzü qorumağı bacarmalıyıq”.
