Arı ailələrinin meşə və digər dövlət mülkiyyətində olan ərazilərdən mövsümi istifadəsinə görə arıxana sahiblərindən ödəniş tələb edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.
Həmin ərazilərdən istifadənin məhdudlaşdırılması da qadağan olunur. Arıxana sahibləri istifadə müddətində ərazilərin mühafizəsinə dair qanunlara əməl etməlidirlər.
