Qanuna əsasən, arıçılıq məhsulları və avadanlıqları ilə bağlı qida təhlükəsizliyi üzrə texniki normativ aktları təsdiq etmək dövlətin səlahiyyətindədir.

Heftelik.az-ın məlumatına görə, bu, “Arıçılıq haqqında” qanunda əksini tapıb.

Bu çərçivədə baytarlıq nəzarəti həyata keçirilir və müvafiq şəhadətnamələr verilir.

Arıçılıq subyektləri qida təhlükəsizliyi qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır.