Malın tipinin tədqiqi nəticələri rəy formasında tərtib edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları”nda əksini tapıb.

Rəydə təsərrüfat subyekti və sertifikatlaşdırmanı aparan qurum haqqında məlumat göstərilir.

Rəyin verilmə tarixi və nömrəsi qeyd olunur.

Tədqiqat nəticələri və prototipin təsviri sənəddə əks olunur.

Rəy iki nüsxədə tərtib edilir.

Bir nüsxə təsərrüfat subyektinə təqdim olunur və ya sifarişli poçtla göndərilir.

Orta riskli mallarda nəticələr müsbət olduqda təsdiq sənədi verilir.

Uyğunluğu təsdiq edən sənəd uyğunluq bəyannaməsinə əlavə olunur.