Yeni qaydalara əsasən, qiymətləndirmə prosesi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən icra ediləcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması Qaydası”nda əksini tapıb.

Agentlik dövlət orqanları, hüquqi və fiziki şəxslərin fəaliyyətə hazırlıq səviyyəsini yoxlayacaq. Qiymətləndirmə prosesi rəsmi müraciət əsasında aparılacaq və “İnzibati icraat haqqında” Qanuna uyğun həyata keçiriləcək. Müraciətlər qəbul edilərək qeydiyyata alınacaq və araşdırılacaq. Bu addım minatəmizləmə sahəsində şəffaf və obyektiv qiymətləndirməni təmin etməyə yönəlib.