Qanun ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı əsas anlayışları müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunda əksini tapıb.
Neft-qaz əməliyyatları xam neft və təbii qazın kəşfiyyatı, hasilatı, emalı və daşınmasını əhatə edir. Podratçılar Azərbaycan Respublikasında yaradılmış və xarici sifarişçi ilə birbaşa müqaviləsi olan hüquqi şəxslərdir. Subpodratçılar isə podratçıya malları təqdim edən və ya işləri görən şəxslərdir. Xarici və yerli subpodratçılar arasında fərqlər qanunda göstərilir.
