Diaqnostikanın nəticəsində qurumun rəqəmsallaşma səviyyəsi müəyyən kateqoriyalara ayrılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”də əksini tapıb.

0-24 arası qiymət “İlkin”, 25-49 arası “İdarə olunan” hesab olunur. 50-74 arası səviyyə “Müəyyən edilmiş”, 75-100 arası isə “Optimallaşdırılan” kateqoriyasına daxildir. Hər kateqoriya rəqəmsallaşmanın vəziyyətini əks etdirir. Qiymətlər proqram təminatı vasitəsilə hesablanır. Kateqoriyalar həm qurum, həm də sahibkarlıq subyektləri üçün tətbiq olunur. Diaqnostika nəticələrinin bu kateqoriyalara görə qiymətləndirilməsi mühümdür.