İxrac məqsədli layihələr üzrə idxal edilmiş mallar və avadanlıqların Azərbaycan ərazisində satışı zamanı əlavə dəyər vergisi tətbiq edilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunda əksini tapıb.

Bu, gömrük əməliyyatlarının sürətli və sadə şəkildə həyata keçirilməsinə imkan verir. Rejim həmçinin birgə işlənən yataqlarda da tətbiq olunur. Podratçılar və subpodratçılar gömrük qanunvericiliyinə əməl etməlidirlər. Məqsəd ixrac yönümlü layihələrdə əməliyyat xərclərini azaltmaqdır.