
Astarada dənizdə itkin düşən balıqçıların kimliyi məlum olub.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, itkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.
T. Həsənovun ötən ay toyu olub, A.Həsənovun isə bir neçə gün əvvəl övladı doğulub.
***
saat 10.41
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Heftelik.az-a verilən xəbərə görə, dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
