Qiymətləndirmə prosesi dövlət orqanları və şəxslərin rəsmi müraciətləri əsasında həyata keçiriləcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması Qaydası”nda əksini tapıb.

Müraciət Agentlik tərəfindən qeydiyyata alınacaq və qiymətləndirmə üçün müvafiq sənədlər tələb ediləcək. Qiymətləndirmə müddətləri Qanuna uyğun olaraq tənzimlənəcək. Müraciətlərdən sonra, uyğunluğun təmin olunması üçün müəyyən tələblər həyata keçiriləcək. Bu proses minatəmizləmə fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunu təmin etməyə yönəlib.