UEFA Çempionlar Liqasının əsas mərhələsində VI turun oyunları keçirilib.

Heftelik.az Report-a istinadən xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Türkiyənin “Qalatasaray” klubu Fransa təmsilçisi “Monako”nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Günün maraqla gözlənilən qarşılaşmalarından biri də İtaliyada baş tutub. “İnter” doğma azarkeşləri önündə İngiltərənin “Liverpul” komandasını qəbul edib. Oyunda qonaqlar üstün olublar: 1:0.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VI tur

9 dekabr

19:30. “Kayrat” (Qazaxıstan) – “Olimpiakos” (Yunanıstan) – 0:1

21:45. “Bavariya” (Almaniya) – “Sportinq” (Portuqaliya) – 3:1

00:00. “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) – 2:1

00:00. “Barselona” (İspaniya) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 2:1

00:00. “İnter” (İtaliya) – “Liverpul” (İngiltərə) – 0:1

00:00. “Monako” (Fransa) – “Qalatasaray” (İtaliya) – 1:0

00:00. PSV (Niderland) – “Atletiko” (İspaniya) 2:3

00:00. “Yunion” (Belçika) – “Marsel” (Fransa) – 2:3

00:00. “Tottenhem” (İngiltərə) – “Slaviya” (Çexiya) – 3:0.

Qeyd edək ki, VI turun digər oyunları bu gün baş tutacaq.