“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.

Heftelik.az xəbər verir ki,   “Ayaks”la Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib – 4:2.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.

Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən “Qarabağ”ı hesabda önə keçirib.

“Ayaks”ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubd müəllifi olub.

Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. “Qarabağ”ın turnirdə 7 xalı var.

***

saat 23.34

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda növbəti dəfə hesab dəyişib.

Heftelik.az xəbər verir ki,  “Qarabağ”  yenidən hesabda önə keçib – 2:1.

47-ci dəqiqədə Mateus Silva fərqlənib.

***

saat 22.03

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyunu start götürüb.

Heftelik.az xəbər verir ki,  Tofiq Bəhramov adına Respublika stadionundakı matçı sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Matçda hesabı Azərbaycan təmsilçisi açıb. 10-cu dəqiqədə Kamilo Duran fərqlənib.

Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.

“Qarabağ” hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu – 36-cıdır.