Həyata keçirilən diaqnostikanın nəticəsi əsasında arayış və hesabat hazırlanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”də əksini tapıb.
Hazırlanan sənədlərdə istiqamətlər, meyarlar və altmeyarlar üzrə cari vəziyyət göstərilir. Arayışda çatışmazlıqlar və qiymətlərlə bağlı məlumatlar yer alır. Qurumların rəyi arayışa əlavə edilə bilər. Arayış və hesabatların yekunlaşdırılması Nazirlik tərəfindən həyata keçirilir. Təqdim olunan sənədlər gələcək qərarlara əsas olur. Diaqnostikanın şəffaflığı və obyektivliyi təmin edilir.
