İnformasiya infrastrukturu qurumların fəaliyyətini təmin edən sistemlərin və resursların məcmusudur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”də əksini tapıb.

İstiqamət diaqnostika meyarlarını əhatə edən prioritet sahələri müəyyən edir. Diaqnostika isə rəqəmsallaşma səviyyəsinin ölçülməsi prosesidir. Diaqnostika meyarları altmeyarlardan ibarət göstəricilər toplusudur. Altmeyarlar müvafiq ballarla ölçülən göstəricilərdir. Rəqəmsallaşma səviyyəsi texnologiyalardan istifadə bacarıqlarını əks etdirir. Qaydalar digər qanunvericilik aktlarına da istinad edir.