İstehsal obyektinə baxış malların uyğunluğunu qiymətləndirmək üçün həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları”nda əksini tapıb.

Baxış istehsalçıya texniki reqlamentin tələblərinə uyğunluq üçün zəruri şəraiti qiymətləndirməyə imkan verir.

Malların eyniləşdirilməsi və nümunələrin götürülməsi baxışla paralel aparıla bilər.

Proqram baxışın bütün mərhələlərini əhatə etməlidir.

Obyektlərə texniki sənədlər, istehsal infrastrukturu və avadanlıqlar daxildir.

Ölçmə və nəzarət vasitələri də baxışın obyektidir.

Baxış zamanı texnoloji proseslər və hazır malların sınaqları yoxlanılır.

Məqsəd istehsalın stabil və təhlükəsiz olmasını təmin etməkdir.