Yeni normalarda istinad edilən normativ sənədlərin siyahısı xeyli genişləndirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.

Siyahıya “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi” də daxil edilib. Bundan əlavə, enerji səmərəliliyi, mühəndis-axtarış işləri və sanitariya qaydaları ilə bağlı bir sıra qərarlara istinad olunur. Beləliklə, layihələndirmə prosesində müasir standartların tətbiqi hüquqi əsas qazanır.